Seçilmiş əsərləri. İki cilddə. I cild
Müəllif | Üzeyir Hacıbəyli |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Üzeyir Hacıbəyli. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı , Şərq-Qərb, 2005.
Çoxəsrlik ədəbi mədəni irsimizin inkişafında Üzeyir bəy Hacıbəyli milli bədii istedadın, sənətkarın və ictimai xadimin tamamilə yeni tipini ifadə edir. Sözün əsl mənasında xəlqi, milli bədii şüurun oyanışının, maarifçilik və intibah enerjisinin Üzeyir miqyaslı nadir və universal simasına o dövrdə əvəz və tay gös- tərmək çox çətindir. Böyük bəstəkarın böyük söz ustası ilə bu səviyyədə vəhdəti dünya musiqi mədəniyyəti tarixində nadir hadisələrdəndir.
Üzeyir Hacıbəyli bir bəstəkar kimi daha çox opera ustasıdırsa, bir dramaturq kimi məzhəkənəvisdir. Dünya komediya təcrübəsi və milli ənənə zəminində o, öz ideya məzmunu, bədii əxlaqi ovqatı ilə büsbütün yeni, şuxluğu, məlahət və duzlu- luğu ilə misilsiz məzhəkələr yaradıbdır. XX əsrin əvvəlində Azərbaycanda icti- mai şüurun səciyyəsini, bədii obrazlı təfəkkürü bunlarsız təsəvvür etmək olmur.
Seçilmiş əsərlərinin bu cildində bəstəkar və dramaturq Üzeyir bəyin xalq musiqisinə sədaqətin, müdrik folklor-muğam stixiyası ilə ən yeni dünya opera ənənəsi arasında qaynağa, qovuşağa doğru hərəkətin ifadəsi olan "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm", "Harun və Leyla", "Rüstəm və Söhrab", "Koroğlu" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" komediyaları ilə yanaşı satirik hekayələri və səhnəcikləri toplanmışdır.