Müharibənin Qanlı Kölgəsi
Müəllif | Vahid Məhərrəmov |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Apostrof-A |
Nəşr yeri | Bakı |
Vahid Məhərrəmov. Müharibənin Qanlı Kölgəsi. Bakı , Apostrof-A, 2019.
Oxuculara təqdim olunan “Müharibənin qanlı kölgəsi” romanı müəllifin xidmət illərinin, müharibə dəhşətlərinin, erməni qəsbkarlarının xalqımıza yaşatdığı ağrı-acıların, qan-qadanın, həmçinin torpaq və yurd qeyrəti çəkən cəsur oğulların qəhrəmanlıqla dolu olan döyüş yollarının toplusudur. Kitabda Qarabağ müharibəsinin gedişindən, gərgin döyüşlərdən və onların acı nəticələrindən geniş söhbət açılır. Torpaq uğrunda aparılan qanlı savaş real səhnələrlə təsvir edilir, əməliyyatlar zamanı buraxılan səhvlər də göstərilir.
Qarabağ müharibəsinin insanların taleyinə vurduğu ağır zərbələr, sağalmaz yaralar kitabda təsirli boyalarla təsvir olunmuşdur. Romanda erməni xislətindən, erməni hikkəsindən, erməni yalanlarından, erməni saxtakarlığından, erməni qaniçənliyindən ətraflı söz açılır. Əsərdə həmçinin daşnakların azərbaycanlıları doğma ocaqları olan Ermənistandan, Qarabağdan necə zülmlə, işgəncə və silah gücünə qovmaları da öz əksini tapıb. Kitab oxuculara torpaqlarımızı işğal etmiş ermənilərə nifrət, doğma yurdumuza məhəbbət aşılayır. İki hissədən ibarət olan roman müəllifin neçə illik müşahidələrinin, gərgin zəhmətinin bəhrəsidir. Qarabağ müharibəsindən bəhs edən roman reallığı əks etdirməsi baxımından da çox dəyərlidir. Oxucu sevgisi qazanmağa layiqdir.