GERIYƏ

Azərbaycan kulturoloji fikir tarixindən (XX əsrin əvvəlləri)

Müəllif Mübariz Süleymanlı
Nəşr olunduğu il 2011
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Nafta-Press
Nəşr yeri Bakı

Mübariz Süleymanlı. Azərbaycan kulturoloji fikir tarixindən (XX əsrin əvvəlləri). Bakı, Nafta-Press, 2011.

Monoqrafik nəşrdə XX əsrin əvvəllərinin Azərbaycan kulturoloji fikir tarixinin bir çox istiqamətləri, o cümlədən milli-mənəvi dəyərlərin zənginləşməsi məsələləri işıqlandırılır. Kitabda XIX əsrin II yarısından etibarən Azərbaycan cəmiyyətində müşahidə edilən yeniləşmə prosesinin tarixi-kulturoloji təhlili verilir. XX əsrin əvvəllərindəki milli-mədəni intibahın kulturoloji qaynaqları araşdırılır. Milli-ictimai şüurun formalaşmasını şərtləndirən tarixi-mədəni mühit öyrənilir. Milli həmrəylik ideyasını aktuallaşdıran kulturoloji fəaliyyətlərdən və milli özünüdərketmə prosesində dil və kültür birliyinin əhəmiyyətindən bəhs edilir. Mədəniyyət quruculuğu məsələləri milli istiqlal kontekstində dəyərləndirilir.