GERIYƏ

Azərbaycan ədəbiyyatının qaynaqları

Müəllif Salman Mümtaz
Nəşr olunduğu il 2006
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Avrasiya press
Nəşr yeri Bakı

Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı , Avrasiya press, 2006.

Milli ədəbiyyatımızın qaynaqlarının öyrənilməsi, tədqiqi və təbliği baxımından Salman Mümtazın ötən əsrin birinci onilliklərində gördüyü iş ağlasığmaz dərəcədə möhtəşəmdir. O, çağdaş ədəbiyyatşünaslığımızın özülünü qoyanlar arasında müqayisəolunmaz dərəcədə geniş fəaliyyət diapazonuna malik bir şəxs olmuşdur. Ədəbiyyat tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirən, müxtəlif dövrlərdə yaşamış ədiblərimizin həyat və yaradıcılıqları haqda ilkin bilgilər verən tədqiqatçı alimin bu kitabı təkrar nəşr olunmaqla mütəxəssisləri və geniş oxucu kütləsini bir daha sevindirəcəkdir. Bu kitabda klassik ədəbiyyatın spesifik xüsusiyyətlərini nəzərə alaraq apostrof işarəsini saxlamağı məqsədəuyğun hesab etdik.