Karxana (roman). IV cild
Müəllif | Hacı Qəni Camalzadə |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Qanun |
Nəşr yeri | Bakı |
Hacı Qəni Camalzadə. Karxana (roman). IV cild. Bakı, Qanun, 2022.
Yazıçının seçilmiş əsərlərinin dördüncü cildinə 2015-ci ildə çapdan çıxmış “Karxana” romanı daxildir. Roman 2014-cü ildə “Azərbaycan” jurnalında işıq üzü görüb. Əsərin süjet xətti Abşeronda, Bakıda, Bakı kəndlərində baş verən hadisələrin üstündə qurulub. Xeyirlə Şərin mübarizəsindən bəhs edir. Bir tərəfdən yerli əhalinin min illərin
azərbaycançılığı, o biri tərəfdən Bakını əsarət altında saxlayan ruserməni düşüncəsi üz-üzə gəlir, və Abşeronu fəlakət meydanına çevirir. Roman yüz illik tariximizə bir ekskursdur. Güman ki, oxucular tərəfindən seviləcək.