GERIYƏ

Seçilmiş əsərləri. Üç cilddə. I cild

Müəllif Əfəndiyev İlyas
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Avrasiya Press
Nəşr yeri Bakı

Əfəndiyev İlyas. Seçilmiş əsərləri. Üç cilddə. I cild. Bakı, Avrasiya Press, 2005.

XX əsr Azərbaycan ədəbiyyatının klassiki, bənzərsiz nəsr ustası və dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin "Seçilmiş əsərləri" üçcildliyinin bu cildinə əlli ildən də çox bir zaman aralığında qələmə aldığı hekayələ-rindən az bir qismi toplanmışdır. Yazıçının hekayə janrında yaratdığı sanballı nümunələr daim oxucu marağı və rəğbəti ilə qarşılanmış, dönə-dönə nəşr edilmiş, dünya xalqlarının dillərinə tərcümə olunmuşdur. Böyük ədibin roman, povest və pyesləri ilə birlikdə hekayələri də üslubuna, ideyasına, estetik dəyərlərinə görə öz müəllifinə Azərbaycan ədəbiyyatında qibtə olunacaq bir mövqe qazandırmışdır. Yazıçının lirik-psixoloji yaradıcı təxəy-yülünün məhsulu olan hekayələrə lakonizm, humanizm- yüksək insanpərvərlik xasdır. Bu cildə "Körpüsalanlar" və "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povestləri də daxil edilmişdir.