GERIYƏ

Seçilmiş əsərləri. Üç cilddə. II cild

Müəllif Əfəndiyev İlyas
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Avrasiya Press
Nəşr yeri Bakı

Əfəndiyev İlyas. Seçilmiş əsərləri. Üç cilddə. II cild. Bakı, Avrasiya Press, 2005.

XX yüzillik Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərən görkəmli ədib, xalq yazıçısı İlyas Əfəndiyevin seçilmiş əsərləri üçcildliyinin II cildinə pyesləri daxil edilmişdir. "Atayevlər ailəsi", "Hök-müdar və qızı", "Xurşudbanu Natəvan", "Məhv olmuş gündəliklər", "Sən həmişə mənimləsən, yaxud boy çiçəyi", "Sevgililərin cəhənnəmdə vüsalı" əsərlərinin hər biri milli dramaturgiyanın qızıl fonduna daxil olmuş, dərin psixologizmi, bənzərsiz üslubu, parlaq və bitkin obrazları, çağdaşlığı ifadə edən aktual ideyaları, nəhayət dramaturji keyfiyyətləri ilə sevilib seçilmiş, öz müəllifinə halal və qibtə olunacaq şöhrət gətirmişdir. Təqdim olunan bu əsərlər rejissor nəsillərinin yozumunda təkrar-təkrar tamaşaya qoyulmuşdur. Onların bir çoxu hazırda da səhnədədir.