Onqaku
Müəllif | Coşqun Kərimov |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Fabula nəşriyyatı |
Nəşr yeri | Bakı |
Coşqun Kərimov. Onqaku. Bakı , Fabula nəşriyyatı, 2019.
“ONQAKU” NƏ DEMƏKDİR?
Yapon dilində musiqi sözünü ifadə etmək üçün ongaku birləşməsindən istifadə edilir. On “səs”, gaku isə “xoşuna gəlmək” deməkdir. Xoşumuza
gələn səsləri bir yerə yığanda musiqi yaranır. Yazı yazarkən adətən musiqiyə qulaq asıram.
Bu kitabda “Yeraltı musiqi silsiləsi” adı ilə sosial şəbəkədə 2 il ərzində yazdığım 100 yazı toplanıb.
Əksər yazılar fərqli bir musiqi parçasının, video və ya müsahibənin təsiri ilə yazılıb. Bəzən elə olub ki, bir musiqinin müşayiətində iki-üç yazı gəlib barmaqlarımın ucuna…
ONQAKU ilham pərisini rəqsə dəvət edən gənc yazarın 100 yazısıdır. Eyni zamanda onun yazılarının ruhuna hopan 100 musiqi parçasıdır.