Rusiya tarixi ən qədim zamanlardan günümüzədək (Ali məktəblərin bakalavr pilləsi üçün dərslik)
Müəllif | Tahir Baxşəliyev |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Təhsil |
Nəşr yeri | Bakı |
Tahir Baxşəliyev. Rusiya tarixi ən qədim zamanlardan günümüzədək (Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı , Təhsil, 2021.
Dərslikdə Rusiya tarixinin əsas problemləri, ölkənin sosial-iqtisadi, siyasi dövlət məsələləri tarix elminin son tədqiqatları və müasir elmi yanaşma nöqteyi-nəzərindən işıqlandırılmışdır. «Rusiya tarixi» ən qədim zamanlardan XXI əsrin əvvəllərinə kimi olan dövrü əhatə edir. Xronolojiərazi və mədəni yanaşma kitabın dövrləşməsinin əsasını təşkil etmişdir.
Dərslikdə dövlətçiliyin mərhələləri, sosial-iqtisadi münasibətlərin mahiyyəti, beynəlxalq əlaqələrin xarakteri və təsviri, mədəni inkişafın başlıca tendensiyası müxtəlif tarixi mərhələlərdə obyektiv olaraq ətraflı və dərindən izah edilmişdir. Rusiya tarixinin hadisələri geniş dünya kontekstində qiymətləndirilmişdir.
Dərslikdə Rusiya və onun tərkibinə daxil olan xalqların tarixi tariximədəni standartlara uyğun olaraq obyektiv, ardıcıl və sistematik şərh edilmişdir. Kitab tələbələr, müəllimlər, o cümlədən Rusiya tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.