GERIYƏ

Kitabi-Dədəm Qorqud

Müəllif Cəmşidov Ş.A.
Nəşr olunduğu il 1999
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Cəmşidov Ş.A.. Kitabi-Dədəm Qorqud . Bakı, Elm, 1999.

"Kitabi-Dədəm Qorqud" Azərbaycan şifahi ədəbiyyatının qədim abidəsidir.Dastanın Drezden (tam) və Vatikan əlyazınalarında, onların nəşrlərində çoxlutəhrifə yol verilmişdir ki, bu da əksər hallarda naşirlərin səhv düzəlişləri, yaxud daüzü köçürülərkən anlaşılmazlığa yol verilməsi ilə əlaqədardır. Monoqrafiyaın müəllifi abidənin əlyazması və onun müxtəlif nəşrlərində 800-dən çox söz, söz birləşməsi və cümləyə düzəliş etmiş, əsərin tam, düzgün elmi mətnini hazırlamışdır. Kitabda Drezden mətninin fotosurəti, həmçinin dastanın Azərbaycan əlifbasıilə dürüstləşdirilmiş mətni və elmi şərhlər verilmişdir. Əsər ədəbiyyatşünaslar, şərqşünaslar, mətnşünaslar, ali məktəblərin filoloji vəşərqşünaslıq fakültələrinin müəllim və tələbələri üçün nəzərdə tutulur.