Ölümdən sonrakı şizofreniya
Müəllif | Mirəsgər Muradlı |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Psixologiya |
Nəşriyyat | Qanun nəşriyyatı |
Nəşr yeri | Bakı |
Mirəsgər Muradlı. Ölümdən sonrakı şizofreniya. Bakı , Qanun nəşriyyatı, 2019.
Mirəsgər Muradlının “Ölümdən sonrakı şizofreniya» romanı ədəbiyyata – söz dünyasına ilkin addımlarını atan bir gəncin sənətdə ilk sözüdür. Mən bu əsəri ilk növbədə, ona görə qiymətləndirirəm ki, burada nə qədər təcrübəsizlik gözə dəysə də, təsvir olunan hadisələrin yalan olmadığına, bir gəncin başına gələn uğursuzluqların, bədbəxtliklərin reallığına inandım. Mən Mirəsgərin bu əsərində insan və tale paralelini izlədim. Qaçılmaz taleyi ilə üzləşən o gənc – Raul həyatda xoşbəxt olmaq istəyir. Lakin xoşbəxtlik, Raulun gələcək haqqında xoş xəyalları həyatın amansız dalğaları içərisində qərq olur, sevdiyi qızın və dostunun xəyanəti ona tuşlanan ən ağır zərbəyə çevrilir, sonra isə sevdiyi başqa bir qız ağır xəstəlikdən sonra ona dərd gətirir. Və Raulun özü də bütün bu bədbəxtliklərdən sonra psixoloji sarsıntılar içərisində yaşayır