GERIYƏ

İmperialist iddialılar və əsrin ədalət carçısı

Müəllif Surxay Subu
Nəşr olunduğu il 2024
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Surxay Subu. İmperialist iddialılar və əsrin ədalət carçısı. Bakı , Elm və təhsil, 2024.

İnsanlığın ilk yaranışından sonralar meydana gələn quldar-qul münasibətləri ağalıq iddiasının ilk təzahürü idi. Güclü quldar ondan asılı olan qulu öz nəfinə uyğun olaraq işlətmək, satmaq, hətta ölümünə fərman vermək ixtiyarına malik olmuşdu. İnsanlar arasındakı bu antoqonist münasibətlər sonradan qonşu tayfalar, daha sonrası ölkələr arasında konfliktlərin yaranmasına təkan vermiş və güclü ölkənin gücsüz ölkəyə ağalıq etməsinə səbəb yaratmışdı. İctimai quruluşlar dəyişildikcə, cəmiyyətlər yeni inkişaf mərhələsinə qədəm qoyduqca ölkələr arasında olan münasibətlər imperialist iddiaları olaraq özünü göstərməyə başlamışdır. Hələ tarixini Makedoniyalı İsgəndər dövründən başlayan imperialist iddialar sonradan bu iddialarla hökmranlıq edən tarixi şəxsiyyətləri meydana gətirmişdir. Birinci Pyotr, Napoleon, Lenin, Stalin, Hitler, Mussolini, Pinoçet və s. kimi adını çəkmədiyim digər tarixi şəxsiyyətlər imperialist iddialı olduqlarına görə bir çox fəlakətlərin baiskarı olmuşlar, imperialist iddialı bu tarixi şəxsiyyətlər içərisində Azərbaycan adlı ölkəmin parçalanmasında, ərazilərinin işğal edilməsində, fəlakətə sürüklənməsində birbaşa rol oynayanlardan əsərin qəhrəmanları geniş danışmalı olacaqdır. Çünki, əsərin baş qəhrəmanı özündən əvvəlki imperialist iddialardan bəhrələnərək, özü də bu iddia ilə yaşamışdır. Əsərin imperialist iddialı qəhrəmanı işğalçılıq siyasəti aparıb, fəlakətlərə səbəb olduqca, azadlıqsevər xalqların mübarizə əzmindən, onlara rəhbərlik edənlərin daha parlaq şəxsiyyətləri qarşısında ibrətlənir, törətdiyi fəlakətlərin acınacaqlı halından əzablanır və son nəticədə ruhən təmizlənmək arzusuna düşür. Əsərin qəhrəmanının imperialist iddialardan uzaqlaşması yəqin ki, dünya ağalığı iddiası ilə yaşayanlara tarixi ibrət dərsi ola bilər.