Nadanlığın üç nöqtəsi
Müəllif | Surxay Subu |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Surxay Subu. Nadanlığın üç nöqtəsi. Bakı , Elm və təhsil, 2019.
Hər tərəfdən yaşıl meşələrlə əhatə olunan kəndin ətəyindəki otlaqlıqdan gələn qoyun-quzu mələrtisindən,yaşıl çəmənlikdə süfrə başında oturan ahıl çobanın yanıqlı tütək səsindən,yolunu azan heyvanları otlaq yerlərə düzənləyən cavan çobanın “ho-ho”nərəsindən anlamaq olurdu ki,bu cənnət məkan torpaqda yaşayan kənd əhlinin ulu babaları nahaqdan kəndin adını Allahverən qoymamışlar.Sərin bulaqları,barlı-meyvəli meşələri, mənbəyini uca dağlardan götürüb haray-həşirlə axan Dəlidolu çayın zənguləli zümzüməsi kəndin füsunkarlığina bir ərmağan idi.