GERIYƏ

Ümidlərin izi ilə

Müəllif Şəmil Sadiq, Müşfiq Xan
Nəşr olunduğu il 2012
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Hədəf nəşriyyatı
Nəşr yeri Bakı

Şəmil Sadiq, Müşfiq Xan. Ümidlərin izi ilə. Bakı , Hədəf nəşriyyatı, 2012.

Tarixi faktlar; əsir və girovluqda olan canlı şahid xatirələri, MTN-nin arxiv materialları əsasında yazılmış roman iki gəncin nakam məhəbbətindən bəhs edir. Universitet tələbələri olmuş Aytəkin və Ramilin bir-birindən ayrı düşməsinin səbəbi azərbaycanlılara qarşı törədilən soyqırım – Xocalı facisədir. İki müəllifin ürək döyüntüləri ilə yazdığı bu roman iki müxtəlif süjetlə inkişaf etdirilib: Xocalıda əsir düşərək Fransaya qədər aparılan Aytəkinin hisslərini, keçirdiyi acı günləri əks etdirən “Girov qadının xatirələri” və 20 il boyunca hər an keçmiş sevgilisi Aytəkinin xatirəsi ilə yaşayan keçmiş kəşfiyyatçı Ramilin yaşantıları. Məxfi şöbənin təcrübəli əməliyyatçısı Mikayıl Qüdrətov 2011-ci ildə əlinə keçmiş gündəlik vasitəsilə Azərbaycana göndərilən casus qadının izinə düşür. Nəticədə erməni siyasi terrorunun, Böyük Ermənistan dövlətinin qurulması üçün məxfi bir sənədin yerini bilən şəxsin Azərbaycanda olmasının üstünü açır. Yetkinlik yaşına çatmayanların və ürəyi xəstə olan insanların oxuması tövsiyə edilmir.