Səfəvilər
Müəllif | Gəncalp Güntay |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Qanun |
Nəşr yeri | Bakı |
Gəncalp Güntay. Səfəvilər. Bakı, Qanun, 2012.
"Aydınlanma nədir?" sorusunu soran Kant düşüncələrini açıqlayaraq bu sualı özət olaraq ağlın qullanılması şəklində cavablamışdı. Aydınlanma geniş anlamı ilə həm də tarixi aydınlatmaqdır. Çünkü tarixdən gələn dürtülər günümüzdə insan ağlını öz basqısı altında tutaraq ağıl düzənəyinin (mexanizmasının) çalışmasını öz etkisi altına almaqdadır. Batıda Renesansla başlayan sürəc tarixdəki olumsuzluqların indiki zamanı da əsir almaması yönündə çalışmalar bütünü olmuşdur. Bu nədənlə tarixi aydınlatmaq insan ağlının görəvlərindən biri olsa gərək. İnsan qurtuluşu, dolayısıyla tarixin qurtuluşu ilə mümkündür. Keçmiş zamanlarda bəsit inancların karizmatik öndərlərinin uyquladıqları yaşam biçimi sonsuza qədər insan həyatını öz etkisi altına almamalıdır. Dini mətnlər üzərinə yapılmış olan açıqlamalar hər zaman ağlın yarqısına açıq olmalıdır. Olmazsa, bütün dönəmlər keçmişdəki bəlli bir dönəmin əsarətində bulunar. Doğuda və batıdakı orta çağ qaranlığı da bu olmuşdur. Bütün dönəmlər bəlli bir dönəmin əsarətinə keçmişdir.