GERIYƏ

Azəristan ölkəsi

Müəllif Vintsas Kreve
Nəşr olunduğu il 2010
Elm sahəsi Tarix
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

Vintsas Kreve. Azəristan ölkəsi. Bakı , Mütərcim , 2010.

Azərbaycanın milli-mənəvi dəyərlərinin, ədəbiyyatı və tarixinin, məişəti və təbiətinin gözəl bilicisi, Azərbaycan xalqının, onun mədəniyyətinin böyük və səmimi dostu Vintsas Kreve XX əsr Litva ədəbiyyatının ən məşhur klassiklərindən biridir. Onun həyat və yaradıcılığının on bir ilə yaxın dövrü (1909-1920) sıx şəkildə Azərbaycanla bağlı olub və həmin illər yaradıcılığının ən məhsuldar dövrü hesab olunur. V.Kreve Şərq mifləri əsasında yazdığı, xüsusilə Azərbaycan tarixi və milli-mənəvi dəyərləri, məişəti, dini adət-ənənələri və təbiətini ustalıqla təsvir etdiyi Azəristan ölkəsi yüksək ədəbi məziyyətləri, dərin dini-fəlsəfi müddəaları və milli varlığın yaşadılması ilə bağlı vacib, həyati şərtləri özündə ehtiva edən çox əhəmiyyətli bir əsərdir.