Bəhlul Danəndə lətifələri
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Altun Kitab |
Nəşr yeri | Bakı |
. Bəhlul Danəndə lətifələri . Bakı , Altun Kitab, 2011.
Bəhlul Danəndə lətifələri ərəb şifahi ədəbiy-yatından qaynaqlansa da, Yaxın Şərqdə, o cümlədən Azərbaycanda çox geniş yayılmışdır. Bəhlul Danəndə adı ilə bağlı, el arasında ağızdan-ağıza söylənən xeyli lətifə, didaktik rəvayət, hekayə və nağıl vardır. Bəzi yazıçı və dramaturqlarımızın əsərlərində də bu obraza rast gəlmək mümkündür. Cəlil Məmmədquluzadənin nəşr etdiyi "Molla Nəsrəddin" jurnalı haqqında bir çoxlarının xəbəri var. Lakin çox az adam bilir ki, 20-ci əsrin əvvəllərində Azərbaycanda "Bəhlul" adında satirik jurnal da buraxılmışdır.
Bəhlul Danəndə ilə Molla Nəsrəddin lətifələri bir-birindən forma və üslubca kifayət qədər fərqlənir. Molla Nəsrəddin lətifələri qısa, yığcam, gülməli, yumşaq satira və yumoru ilə seçilirsə, Bəhlul lətifələrinin əksəriyyəti nisbətən geniş süjetə malik olan novellavari hekayəyə, fəlsəfi-didaktik rəvayətlərə oxşayır. Bu iki obraz da bir-birindən fərqlidir.