GERIYƏ

Loqopediyanın nəzəri əsasları haqqında ümumi məlumat

Müəllif Z.M. Əzizova R.Q. Cəfərova Ş.N. İsmayılov
Nəşr olunduğu il 2008
Elm sahəsi Pedaqogika
Nəşriyyat
Nəşr yeri Mingəçevir

Z.M. Əzizova R.Q. Cəfərova Ş.N. İsmayılov. Loqopediyanın nəzəri əsasları haqqında ümumi məlumat. Mingəçevir , , 2008.

Son dövrlərdə ictimaiyyəti anormal uşaqlar və onların korreksiya, reablitasiya və sosial adaptasiya problemləri çox narahat edir və bir problem olaraq aktuallığını heç də itirmir, əksinə özünün həllini gözləyir, daha çox bu məsələyə diqqət tələb edir. Xəstə uşaqlarla ünsiyyət yaratma, ünsiyyətə girmə çətinliyinin aradan qaldırılması işində nitqi qüsurlu uşaqların korreksiyası defektologiyanın tədqiqat obyektində prioritet sahədir. Nitqi qüsurlu uşaqların dərs prosesi normal siniflərdə olduğundan kəskin şəkildə fərqlənir. Anadangəlmə və yaxud sonradan qazanılmış müxtəlif qüsurluq dərəcəsi olan xəstə uşaqların xarakterində, psixikasında və dərketmə qabiliyyətində kəskin fərqlər mövcuddur. Adətən onlar həyatından küskün əhval-ruhiyyədə olub tez-tez bədbinliyə qapılır, çox tərs, inadkar və ərköyün olurlar. Nitqi qüsurlu uşaqların birinci sinfə qəbulu zamanı bu və ya digər qüsurluq dərəcəsini müəyyən etmək üçün onlar mütləq ciddi müayinədən keçməlidir. Bu, gələcəkdə xəstədə olan mövcud qüsuru tez və effektli şəkildə aradan qaldırmağa imkan verir. Loqopediya nitq inkişafı qüsurları haqqında pedaqoji elm olaraq. nitq qüsurlarının aradan qaldırılması və qarşısını almaq üçün xüsusi təlim-tərbiyə sistemi olaraq qalır. Dərs vəsaiti məktəbəqədər və məktəbyaşlı, yeniyetmə uşaqlarda olan nitq qüsurlarının növləri, zəif eşitmə ilə əlaqədar olan qüsurlar, onların patalogiyası, fizioloji və psixoloji araşdırılması, təhlili, bu xəstəliklərin yaranma səbəbləri, öyrənilməsi, müayinəsi, korreksiya işi əhatə olunmuşdur.