Anatomiya, fiziologiya, patologiya Tibb məktəbi tələbələri üçün dərslik
Müəllif | Eyvazov R.Q., Hacıyeva M.C. |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | Tibb elmləri |
Nəşriyyat | Təknur |
Nəşr yeri | Bakı |
Eyvazov R.Q., Hacıyeva M.C. . Anatomiya, fiziologiya, patologiya Tibb məktəbi tələbələri üçün dərslik. Bakı , Təknur, 2004.
"Anatomiya, fiziologiya, patologiya" fənni orta ixtisası tibb işçilərinin bazırlanmasında əsas fənnədir. Bu fann normal orqanizmin quruluş və funksiyalarını öyrətməklə bərabər, patologiyaya keçidin ümumi məsələlərini də öyrədir. Xüsusi patologiyaya aid verilmiş anlayışlar bu fənnin klinik fənnlərlə əlaqəsini yaradır.
Anatoniya, fiziologiya və patologiya fənnindən azərbaycan dilində dərsliyin olmaması uzun illər həm müəllim, həm də tələbələrin işini çətinləşdirmişdir. Tələbənin istifadə etdiyi yeganə mənbə müəllimin mühazirəsi olmuşdur. Müəllimin mühazirəsi tam həcmdə bilik verə bilməz. Bu bizi "Anatomiya, fiziologiya, patologiya" dərsliyini yazmağa sövq etmişdir.
Yazdığımız dərslikdə orta ixtisaslı tibb işçisinin yetişdirilməsi üçün tam həcmdə nəzəri material və təcrübə üçün şəkillər verilmişdir.
Dərslikdə Azərbaycanda təbabətin inkişafına aid məlumatlar, tələbənin öz biliyinə nəzarət etməsi üçün yoxlama sualları və test nümunələri verilmişdir.
Orta ixtisas tibb məktəblərində istifadə olunan nəzəri və təcrübi materiallar dərsliyin əsasını təşkil edir.
Dərslik "Tibb bacısının işi ixtisası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş və hazırda qüvvədə olan proqram əsasında yazılmışdır.
Dərslikdən Tibb məktəbinin bütün ixtisaslarında təhsil alanlar, həmçinin Tibb Universitetinin tibbi biologiya, əczaçı. Universitetin biologiya fakultəsinin tələbə və müəllimləri də istifadə edə bilərlər.
Təbii ki, dərslikdə çatışmamazlıqlar da yox deyildir. Odur ki, dərsliyə öz tənqidi münasibətini və dərsliyin yaxşılaşması üçün öz qeydlərini bildirənlərə müəlliflər əvvəlcədən təşəkkür edir. Bütün tənqidi qeydlər gələcək nəşrlərdə nəzərə alınacaqdır.