Dermatologiya
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Tibb elmləri |
Nəşriyyat | Təhsil Nazirliyi |
Nəşr yeri | Bakı |
. Dermatologiya. Bakı , Təhsil Nazirliyi, 2014.
Dərslik-rəhbərlik əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Z.H.Fərəcovun rəhbərliyi və redaktəsi altında tərtib edilmişdir.
Dərslik iki hissədən ibarətdir: ümumi dermatologiya və xüsusi dermatologiya. Ümumi dermatologiya bölməsində dərinin anatomiyası, histologiyası və fiziologiyası üzrə müasir məlumatlar, dermatozların diaqnostik əsasları, sistemli və topik terapiyanın prinsipləri daxil edilmişdir. Xüsusi dermatologiya bölməsində isə tez-tez təsadüf edilən dermatozların diaqnostik klinikası, müalicə və profilaktikası şərh edilmişdir.
Dərslikdə təsvir edilmiş dermatoloji xəstəliklərin əksəriyyəti rəngli şəkillərlə təqdim edilmişdir.
Ali tibb müəssisələrinin tələbələri, rezidentlər, həkim-dermatoloqlar və müxtəlif profilli həkim-klinisistlər üçün nəzərdə tutulmuşdur.