Azərbaycan fəlsəfəsi tarixi
Müəllif | Zakir Məmmədov |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | Fəlsəfə |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı , Şərq-Qərb, 2006.
Kitaba müəllifin əsasən otuz ildən çox müddətdə aşkar etdiyi Azərbaycan filosoflarının və mütəfəkkirlərinin zəngin fəlsəfi irsinə dair tədqiqatlardan xülasələr daxil edilmişdir.
Əsərdə qədim dövrdən XIX əsrin sonlarına qədər Azərbaycan fəlsəfəsi tarixinin inkişaf yolu izlənilir, ideoloji cərəyanlar, təlimlər, onların azərbay-canlı nümayəndələrinin dünyagörüşü Şərq fəlsəfəsi fikri zəminində araşdırı-lır, feodalizm dövründə xristian aləmində yalnız dini fəlsəfə (sxolastika və mistika) yayıldığı halda müsəlman ölkələrində üstəlik Şərq peripatetizmi, habelə Azərbaycan filosoflarının yaratdıqları panteizm və işraqilik kimi qeyri-dini fəlsəfi təlimlərin mövcud olduğu, bəşər fəlsəfəsi tarixini zənginləşdir-diyi göstərilir.