Düşüncələrim. II hissə
Müəllif | E.M.Nəsibov |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Elm və Təhsil |
Nəşr yeri | Bakı |
E.M.Nəsibov. Düşüncələrim. II hissə. Bakı, Elm və Təhsil, 2014.
Bu kitabda da kainat və onun tərkibi olan təbiət haqqında, eləcə də canlılar haqqında müəyyən hipotetik fikirlər, gümanlara söykənən mülahizələr, ehtimallar mövcuddur.
Fikirlərin (siqnalların qəbulundan meydana gələn biliklərin) mütləq və nisbi əsasları qeyd olunur və belə qərara gəlinir ki, mütləqlik və nisbilik ümumi tarazlıq içərisində qərarlaşır. Həmçinin belə nəticələrə gəlinir ki, əslində kainat tərkibi ayrıayrı qeyri-tarazlıqlardan ibarət olan ümumi bir tarazlı müstəvidir və onun tərkibində sistemlər bir-birilə əlaqəlidir.