GERIYƏ

Ərəb məhcər ədəbiyyatının Cənubi Amerika qolu

Müəllif Səadət İbrahimova
Nəşr olunduğu il 2021
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat "Elm"
Nəşr yeri Bakı

Səadət İbrahimova. Ərəb məhcər ədəbiyyatının Cənubi Amerika qolu. Bakı, "Elm", 2021.

Azərbaycan Şərqsünaslıq elmində ilk dəfə olaraq ayrıca tədqiqat obyekti kimi işlənilən "Ərəb məhcər ədəbiyyatının Cənubi Amerika qolu" adlı monoqrafiyada XIX əsrdə Suriya və Livanda ictimaisiyasi vəziyyət və mühacirət səbəbləri, Amerika qitəsində ərəb ədibləri tərəfindən təsis edilən ədəbi cəmiyyətlərin fəaliyyəti, Cənubi Amerikada yazıb-yaratmış görkəmli mühacir şairlərin, həmçinin tanınmış publisist qadın yazarların həyat və yaradıcılıqları tarixi faktlar, ədəbi nümunələr fonunda əhatəli tədqiq olunmuşdur. Monoqrafiya şərqşünaslar, tədqiqatçılar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Ali təhsil müəssisələri üçün müasir ərəb ədəbiyyatı üzrə dərs vəsaitlərinin hazırlanmasında da sözügedən monoqrafiyadan istifadə oluna bilər.