GERIYƏ

Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri (IV cild)

Müəllif Vaqif Abbasov
Nəşr olunduğu il 2021
Elm sahəsi Tarix
Nəşriyyat "Elm"
Nəşr yeri Bakı

Vaqif Abbasov . Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri (IV cild) . Bakı, "Elm", 2021.

Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının 4-cü cildi haqqında çoxdan düşünürdüm. Materialları toplayır, saf-çürük edirdim. Amma deyəsən, bu cildin "qisməti"ndə möhtəşəm bir tarix varmış. 44 günlük Vətən müharibəsində böyük Qələbənin təntənəli paradının keçirildiyi tarix. Sonsuz iftixar hissi ilə izlədiyim paradın təsiri o qədər güclü idi ki, başa çatan kimi dərhal yazı masasının arxasına keçdim. Və heç düşünmədən ilk yazdığım fikir Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin dillər əzbərinə çevrilən "Qarabağ Azərbaycandır!" fikri oldu...