GERIYƏ

Füzuli sənətkarlığı

Müəllif Mir Cəlal
Nəşr olunduğu il 2024
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı, Elm, 2024.

Professor Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" monoqrafiyası Azərbaycan füzulişünaslığının təməl kitablarından sayılır. Bu monoqrafiya Məhəmməd Füzuli yaradıcılığının elmi-nəzəri aspektdə öyrənilməsi sahəsində ilk sanballı tədqiqat əsəridir. Kitabda şairin ədəbi irsi poetika məsələləri ilə yanaşı, ədəbiyyat tarixi baxımından da kompleks şəkildə araşdırılır, Füzuli sənətinin estetikası, zəngin dilüslub özəllikləri, şairin şeir mədəniyyəti, sənət və sənətkar haqqındakı fikirləri, eləcə də lirikası, bədii nəsri, "Rind və Zahid" əsəri, "Leyli və Məcnun" məsnəvisi və alleqorik poemaları geniş təhlil olunur. Füzuli ilə Nizami yaradıcılığı arasındakı mənəvi bağlar və varislik əlaqələri üzə çıxarılır, Füzuli sənətinin aktuallığı və ölməzliyi əsaslandırılır.