Azərbaycanın faydalı bitki sərvətləri
Müəllif | M.Qasımov, G.Qədirova. |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Maarif |
Nəşr yeri | Bakı |
M.Qasımov, G.Qədirova.. Azərbaycanın faydalı bitki sərvətləri. Bakı, Maarif, 2009.
Kitabda yeyinti, tibb, boyaq, aşı, toxuculuq, ətriyyat—kosmetika, spirtsiz içkilər, sabunbişirmə, rəssamlıq sahələrində istifadəsi mümkün olan faydalı bitkilər haqqında geniş yeni, elmi və praktiki məlumatlar verilir. Monoqrafiyada həmçinin faydalı bitkilərin botaniki xarakteristikası, təsnifatı, yayılma arealları, vətəni, coğrafi mənşəyi,kimyəvi tərkibləri, ehtiyatları, əkilib-becərilmə xüsusiyyətləri, məhsuldarlığı, qurudulması, saxlanılması, istifadə olunması haqqında da maraqlı məlumatlar öz əksini tapmışdır. Bundan başqa elmi, praktiki məlumatlarla zəngin olan bu əsərdə müəlliflər tərəfindən yaxın onilliklər ərzində elmə gətirilən və elmi əsaslarla öyrənilib ixtira səviyyəsinə qədər işlənilib yerinə yetirilən yeni faydalı bitkilər haqqında da maraqlı məlumatlara rast gəlmək olar.