Seçki hüququ insan hüquqlarının bölgü ünsürü (komponenti) kimi. (Fəlsəfi-elmi aspektlərlə təhlil)
Müəllif | E.M.Nəsibov |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Hüquq elmləri |
Nəşriyyat | "Elm və Təhsil" |
Nəşr yeri | Bakı |
E.M.Nəsibov. Seçki hüququ insan hüquqlarının bölgü ünsürü (komponenti) kimi. (Fəlsəfi-elmi aspektlərlə təhlil). Bakı, "Elm və Təhsil" , 2013.
Kitabda "seçki hüququ" anlayışına "insan hüquqları anlayışı"nın bölgü ünsürü kimi baxılır. Bu baxımdan "seçki hüququ" məfhumu fəlsəfi-elmi aspektlərlə təhlil olunur. Seçki hüququnu yaradan tərkib ünsürlər də təhlil olunur və seçki hüququnun əsas məzmunu açılır. Belə qənatə gəlinir ki, seçki hüquqları insan hüquqlarının təsnifatının əsas ünsürlərindən (komponent-lərindən) biridir və ümumilikdə insan hüquqlarının bölgü tərkibidir. Seçki vətəndaş hüquqlarının və ali formada vətəndaşların siyasi hüquqlarının təcəssümü, reallaşması və təmini üçün əsas vasitə rolunda çıxış edir və koordinasiyaedici mənaya malik olur. Seçki hüququ siyasi sistemi və ümumilikdə dövləti təşkiledici hüquq kimi böyük önəm daşıyır. Seçki hüququ mərkəzləşdirici ünsür rolunu oynayır və siyasi sistemin təşkilində müəyyən qrupların maraqları ilə yanaşı, ümumilikdə bütün vətəndaşların maraqlarının təmin olunmasında xüsusi əhəmiyyətə malik olur.