Nurustan
Müəllif | Rəşad Mahmud |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | "Sahhafçı" çap & poliqrafiya mərkəzi |
Nəşr yeri | Bakı |
Rəşad Mahmud. Nurustan. Bakı, "Sahhafçı" çap & poliqrafiya mərkəzi, 2019.
Ön söz Azərbaycan ədəbiyyatı nümunələri arasında son dönəmdə yazılan əsərlərdən ən diqqətimi çəkən Rəşad Mahmudun „Nurustan" əsəri oldu. Klassik ədəbiyyatda Nizaminin, Xəqaninin, Fizulinin Nəsiminin öz izi- cığırı vardır. Ancaq o izi-cığırı indi davam etdirən, onların yazdığı üslubda, o ruhda yazıb yaradan şairlər demək olar ki, yox dərəcəsindədir. İrad bildirəndə deyirlər ki, onların üslubu köhnəlib, yeni şeir üslubları yaranıb... və s." Lakin bildirmək istəyirəm ki, əslində belə deyil. Sadəcə onlar köhnə dedikləri üslubda yaza bilmirlər və ya yazmağa həvəsləri yoxdur, sadəcə bəhanə gətirirlər.Əslində isə biz klassik şairlərimizin yazdığı üslubu diri və duru saxlamalı, yaşatmalı ,inkişaf etdirməli, gələcək nəsillərə əyani şəkildə ötürməliyik.