Kərbəlada çaxan bir şimşək
Müəllif | Misbah Yəzdi |
---|---|
Nəşr olunduğu il | 2000 |
Elm sahəsi | Din |
Nəşriyyat | |
Nəşr yeri |
Misbah Yəzdi. Kərbəlada çaxan bir şimşək. , , 2000.
Əziz oxucular! Qarşınızda olan bu kitab görkəmli filosof doktor Misbah Yəzdinin Aşura hadisəsi barədə söylədiyi çıxışlardan hazırlanmışdır. Kitabda tarixin ən faciəli və eyni zamanda ən ibrətamiz və şanlı səhifələrindən biri olan Kərbəla qiyamı müxtəlif yönlərdən araşdırılmış, bu hadisə ilə bağlı irəli sürülən şübhə və suallara cavab verilmişdir. Uzun illər boyu bizim ölkəmizdə də Aşura ilə bağlı Məhərrəmlik mərasiminin keçirilməsini, bu tədbirə xalqımızın kütləvi şəkildə, yüksək rəğbət və hüznlə yanaşmasını nəzərə alaraq, onun mahiyyətinin açıqlanmasını, ictimai-siyasi, mə`nəvi və fikri baxımdan göstərdiyi dərin tə`sirlərin aydınlaşdırılmasını zəruri hesab edərək bu kitabı azərbaycan dilinə çevirib çapa hazırladıq.