Energetik nüvə reaktor mühitində metallik materiallarda defektəmələgəlmə prossesləri
Müəllif | Adil Qəribov |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Fizika |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Adil Qəribov. Energetik nüvə reaktor mühitində metallik materiallarda defektəmələgəlmə prossesləri. Bakı, Elm, 2024.
Monoqrafiya güc parametrləri 440, 1200 MVt olan energetik nüvə reaktorunda U-235 nüvə yanacağının parçalanma məhsulları olan ani neytronların enerjiyə görə paylanma funksiyasını, ani və geçikmiş qamma-kvantların və beta-hissəciklərin reaktor mühitində intensivlik, enerji və mühitin temperatur faktorlarını nəzərə almaqla dəmir və sirkonium kimi əsas nüvə reaktor materiallarına təsiri nəticəsində defektəmələgəlmə prosseslərinin qanunauyğunluqlarına həsr olunub. Alınmış nəticələr nüvə elmləri, nüvə texnologiyaları, onlarla əlaqəli radiasiya materialşünaslığı sahəsində bakalavr, magistr, doktorantura və yüksək kvalifikasiyalı digər mütəxəssislər üçün maraq kəsb edəcəkdir.