GERIYƏ

Hədislərdə həyat dərsi

Müəllif İmam Əli (ə) adına İslam Araşdırmalar Mərkəzi
Nəşr olunduğu il 2014
Elm sahəsi Din
Nəşriyyat Ələm nəşriyyatı
Nəşr yeri

İmam Əli (ə) adına İslam Araşdırmalar Mərkəzi . Hədislərdə həyat dərsi . , Ələm nəşriyyatı, 2014.

İnsanın həyat tərzi ilə dünyagörüşü və sağlam düşüncəsi arasında uyğunluq olmadığı zamana qədər, beyni elmi formullar, məntiq qaydaları və fəlsəfi nəzərlərlə yükləmək olduqca əhəmiyyətsizdir. Quranın şərif ayələri oxunulan və ibadət edilən zamanalarda diqqət və təfəkkür olmazsa, onun ruh və həyatımıza təsir və faydası həddən artıq az olacaqdır. Belə isə, elmi düşüncə ilə mənimsəyib Quran ayələrini təfəkkürlə oxuyaq ki, bu yolla düşüncə əsasında yerinə yetirdiyimiz ibadətlərin dəyərli təsirini özümüzdə müşahidə edə bilək.