Tarzən Qurban Primovun yaradıcılıq irsi: dərs vəsaiti
Müəllif | İbrahimova Nərmin Aydın qızı |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Səda nəşriyyatı |
Nəşr yeri | Bakı |
İbrahimova Nərmin Aydın qızı. Tarzən Qurban Primovun yaradıcılıq irsi: dərs vəsaiti. Bakı, Səda nəşriyyatı, 2017.
Azərbaycanın musiqi xəzinəsində muğam sənətinin özünəməxsus şərəfli yeri vardır. Şifahi ənənəli professional musiqi növü olan muğam-lar peşəkar musiqiçilər – xanəndələr və xalq çalğı alətləri ifaçıları tərəfindən ifa olunaraq yaradılır. Buna görə muğam sənətinin tədqiqi baxımından, ilk növbədə, muğam ustadlarının yaradıcılığının öyrənilməsi zəruridir.