GERIYƏ

Həzrət Muhəmməd: İslam peyğəmbərinin həyatı barədə mükəmməl araşdırma

Müəllif Cəfər Sübhani
Nəşr olunduğu il 2010
Elm sahəsi Din
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Cəfər Sübhani. Həzrət Muhəmməd: İslam peyğəmbərinin həyatı barədə mükəmməl araşdırma. Bakı, Şərq-Qərb, 2010.

Bəşəriyyətin ən kamil insanı həzrət Mühəmmədin (s) həyatı bilavasitə İslam tarixi ilə əlaqədar olduğundan, təbii ki, onun həyatı tarixi baxımdan diqqətdən kənar qala bilməz. Qurani-Kərimdə Allah-taala Həzrət Mühəmmədi (s) insanlara gözəl bir örnək kimi təqdim edərək buyurur: “Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir.” (Əhzab surəsi, ayə-23) Quranın bu ayəsi Peyğəmbərin(s) həyatını öyrənməyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.