Əl-Muraciat
Müəllif | Seyyid Əbdül-Hüseyn Şərəfüddin Musəvi |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Din |
Nəşriyyat | |
Nəşr yeri |
Seyyid Əbdül-Hüseyn Şərəfüddin Musəvi. Əl-Muraciat. , , 2007.
Hər şəxsiyyət onda olan müəyyən tipik xüsusiyyətlərlə xarakterizə olunur. Başqasının şərhihalını yazan şəxs isə onun bu kimi keyfiyyətlərini və elmi səviyyəsini göstərməklə şəxsiyyətini oxucuya tanıtdırır. Əgər onun əsərləri şəxsiyyətini aydınlaşdırırsa, artıq tərcümeyi-halını yazmaq maraqsız olar və o vaxt maraqlı ola bilər ki, onun haqqında bir sıra yeni, deyilməmiş maraqlı incəliklər verilsin.“Əl-Müraciat” kitabı, demək olar, o yazıçı və böyük alimin tərcümeyi-halı və xasiyyətnaməsini əks etdirə bilən bir kitabdır. Bu kitab oxucuya İslam tarixi ilə bağlı müxtəlif bəhslərə aid geniş məlumat verməklə yanaşı müəllifin, fəsahət, bəlağət, qələmin səlisliyi, mübahisə vaxtı alicənablıq və ehtiramı gözləmək, diqqət, mübahisədə mətanət, xitab olunan və bəhs edən şəxsə tam ehtiram, mübahisələrin tənzimi və başqa xarakterik cəhətlərini aşılayır. Hər halda müəllifin başqa kitablarını da oxumaqla yuxarıda deyilənləri daha yaxşı duyacaqsınız.