Qürbət zöhrəsi. Roman
| Müəllif | Ulduz Qasım |
|---|---|
| Nəşr olunduğu il | 2018 |
| Elm sahəsi | Bədii Ədəbiyyat |
| Nəşriyyat | "Zərdabi LTD" MMC |
| Nəşr yeri | Bakı |
Ulduz Qasım. Qürbət zöhrəsi. Roman. Bakı, "Zərdabi LTD" MMC, 2018.
Ulduz Iduz Qasım... Yəqin ki, əziz oxucu, bu adı oxuyan anda ürəyimizin incə telləri əsməyəcək. Çünki belə bir imza bizim kitab həvəskarlarına demək olar ki, tanış deyil. Ötən əsrin 80-90-cı illərində milli mətbuatımızda "Ulduz İmanova" imzasıyla işıq üzü görən publisistik düşüncə yazılarını, arabir yığcam həcmli hekayələri, indi yalnız onun özünün xatırladığı yaxud arxivində yer alan çap məhsullarının və nəhayət 2015-ci ildə Bakıda, "Ol" nəşriyyatında çap edilən nostalgiya yüklü, "Tələbə gündəliyi" adlı kitabını nəzərə almasaq (əslində isə bunlar ciddi yaradıcılıq işidir və nəzərə almadan ötüşmək olmur) sizi yormadan, kəsə söyləmək olar ki, "Qürbət Zöhrəsi" Ulduz xanımın Azərbaycandilli oxucu ilə kifayət qədər maraq doğuran görüşüdür.