GERIYƏ

Aqrokimya

Müəllif A.M. Hüseynov, N.V. Hüseynov, K.Y. Məmmədova
Nəşr olunduğu il 2018
Elm sahəsi Təbiət elmləri
Nəşriyyat
Nəşr yeri Bakı

A.M. Hüseynov, N.V. Hüseynov, K.Y. Məmmədova. Aqrokimya. Bakı, , 2018.

Dərslikdə Aqrokimya elminin aqroekosistemdə maddələrin dövranının nizamlanmasını və əhatə dairəsini genişləndirərək, Yer kürəsində insanları yüksək keyfiyyətli qida ilə təmin etmək kimi çox mühüm funksiyaları açıqlanır. Geniş şəkildə kimyəvi meliorantların və gübrələrin düzgün istehsalı və tətbiqindən, torpaqda olan zəhərli maddələrin, radionuklidlərin immobilizasiyasından və biosferin çirklənməsinin qarşısının alınma yollarından bəhs edilir. Həmçinin bitkilərin qidalanmasının nizamlanmasına, məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsində aqrokimya elminin roluna xüsusi diqqət verilmişdir. Torpaq münbitliyinin bərpası, qida balansının və maddələrin bioloji dövranının yaxşılaşdırılması yolları kifayət qədər işıqlandırılmışdır. Bütün bu məsələlərə respublikamızın torpaq-iqlim şəraiti nəzərə alınmaqla baxılmışdır. Hazırda respublikamızda ekoloji mühitin pozulması, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxması, Kür, Araz və digər çayların, torpağın çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması yaxud azalması, aqrokimyəvi vasitələrdən düzgün istifadə olunmasının tələbi “Aqrokimya” dərsliyinin vacibliyini sübut edir. Dərslik torpaqşünaslıq və aqrokimya, aqronomluq, ekologiya, biologiya və s. ixtisasları tədris olunan ali məktəb tələbələri, magistrantları, doktorantlar həmçinin kənd təsərrüfatı ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.