GERIYƏ

İstilik Texnikası Və Energetik Qurğular

Müəllif F. M. Yusibov, Q.İ. Abbasov, T.N. Musayev, N.Q. Orucova
Nəşr olunduğu il 2014
Elm sahəsi Texnika. Texniki elmlər
Nəşriyyat ADAU
Nəşr yeri Gəncə

F. M. Yusibov, Q.İ. Abbasov, T.N. Musayev, N.Q. Orucova. İstilik Texnikası Və Energetik Qurğular. Gəncə, ADAU, 2014.

Dərslik Azərbaycan Dövlət Aqrar Universitetinin Elektroenergetika və informasiya texnologiyaları fakültəsinin elektrik mühəndisliyi, elektroenergetika mühəndisliyi ixtisasları, Mühəndislik fakültəsinin isə aqromühəndislik, yerüstü nəqliyyat vasitələri mühəndisliyi, maşın mühəndisliyi ixtisasları üzrə ali təhsilin bakalavr səviyyəsi üçün tədris olunan fənlərin Təhsil Nazirliyi tərəfindən qrif alınmış proqramları əsasında tərtib edilmişdir. Dərslikdə Azərbaycanda energetikanın inkişafı, istilik texnikasının nəzəri əsasları, enerji mənbələri və enerjinin alınmasının fiziki mahiyyəti, texniki termodinamika, ideal və real qazlar, onların hal tənlikləri, qazın işinin hesablanması, termodinamikanın I və II qanunlar, işlək cismin xarici işi və daxili enerjisi, istilik tutumu, qaz halının dəyişmə prosesləri, su buxarı, istilik və kütlə ötürmə nəzəriyyəsi, şüalanma vasitəsilə istilik mübadiləsi, istilik mübadiləedici aparatların hesabatı, yanacaqların növü, kütləsi, tərkibi və xarakteristikası, yanacaqların yanma prosesləri, qazan aqreqatı və onun istismarı, buxar və qaz turbinləri, buxar turbinlərinin növləri, kompressorlar, daxili yanma mühərriklərinin iş tsikilləri, istilik generatorları, istilik güc qurğuları və onların təsnifatı, buxar turbinli elektrik stansiyaları, atom elektrik stansiyaları və onun xüsusiyyətləri, buxar güc qurğuları və onların işi, suyun emalı və su təchizatı sistemləri, istilik mühərrikləri, ventilyatorlar və nasoslar haqqında məlumatların müvafiq ixtisaslar üzrə magistrlər və bakalavr tələbələrə öyrədilməsi nəzərdə tutulmuşdur. Dərslikdən ali və orta ixtisas məktəblərinin tələbələri və digər mütəxəssislər istifadə edə bilərlər.