Seçilmiş əsərləri. İki cilddə. II cild
Müəllif | Əbdürrəhim bəy Haqverdiyev |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Lider nəşriyyat |
Nəşr yeri | Bakı |
Əbdürrəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı , Lider nəşriyyat, 2005.
Əbdürrəhim bəy Haqverdiyev sovet dövrü Azərbaycan ədəbiyyatının ilk yaradıcılarından olan qüdrətli sənətkardır. Klassik realist dramaturgiyamızı dolğun məzmunlu dram əsərləri ilə zənginləşdirən ədib eyni zamanda nəsr əsərləri ilə şöhrətlənmişdir. Haqverdiyevin dövrün bir sıra mühüm məsələlərinin obrazlı həllini verən yumoristik-satirik hekayələri və povestləri XX yüzilliyin əvvəlində milli nəsrdə gedən axtarışları ifadə etmək baxımından ən səciyyəvi klassik bədii nümunələrdir.
"Seçilmiş əsərləri"nin bu cildinə mütəfəkkir ədibin zəngin bədii nəsri ilə yanaşı elmi-publisist irsi haqqında geniş təsəvvür yaradan məqalələri, mək-tubları daxil edilmişdir.