Əsərləri. Altı cilddə. III cild
Müəllif | Məhəmməd Füzuli |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. III cild. Bakı , Şərq-Qərb, 2005.
Azərbaycan şerinin ölməz nümunələrini yaradaraq türk dilinin nəyə qadir olduğunu göstərən, beləcə tarix içində mənəvi mənliyimizə dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlinə çevrilən Füzuli eyni zamanda ərəb və fars dillərinə biganə qalmamış, bu dillərdə də ərəb, fars şairlərinin yaratdığı və nümunələr səviyyəsində dayanan müxtəlif janrlı əsərlər meydana gətirmişdir. Ana dilində bağladığı "Divan" həcmində həmçinin farsca "Divan" yazan şair özünün qəlb aləmindən xəbər verən bu lirik şeirlərdə də oxucusunu bədii sözün qüdrətilə sehrləyib düşünməyə, öz mənliyini, varlıq aləmini, həyat gözəlliklərini dərk etməyə çağırır. Xalq hikməti və xalq zəkasının qüdrətilə aşılanmış bu son dərəcə bədii, səmimi, misilsiz könül nəğmələrini oxuyan və ya dinləyən hər kəs ürəyində bir saflıq, xeyirxahlıq, həyata məhəbbət, insana ehtiram duyğularının qüvvətləndiyini hiss edir. Burada aşiq Füzuli ilə mütəfəkkir Füzuli yenə bir vəhdət halındadır. Böyük fikirlər burada yenə Füzulinin aşiqanə deyilmiş sözlərindədir....