Əsərləri
| Müəllif | Nəcəf bəy Vəzirov |
|---|---|
| Nəşr olunduğu il | 2005 |
| Elm sahəsi | Bədii Ədəbiyyat |
| Nəşriyyat | Şərq-Qərb |
| Nəşr yeri | Bakı |
Nəcəf bəy Vəzirov. Əsərləri. Bakı , Şərq-Qərb, 2005.
Azərbaycan xalqının ictimai-tarixi və ədəbi-mədəni həyatında ayrıca bir dövr təşkil edən Mirzə Fətəli Axundzadənin ən yaxın mənəvi varisi tanınmış dramaturq, publisist və teatr xadimi Nəcəf bəy Vəzirovdur. Maarifçi dramaturgiyanın yüksəlişində yeni mərhələ hamıdan əvvəl onun yaradıcılığı ilə başlayır. Həyatın, məişətin və əxlaqın realist səhnədəki əhatə çərçivəsini daha da genişləndirərək, ona yeni çalarlar, üslub və dil fərdiliyi artıran Nəcəf bəy maarifçi didaktikanı son hüduda gətirib çatdırmışdır.
N.Vəzirovun humanizm, yüksək bəşəri ideallar tərənnüm edən, bədii və ictimai fikir tariximizdə xüsusi yer tutan "Müsibəti-Fəxrəddin" (1896) əsəri Azərbaycan ədəbiyyatında ilk faciədir.
Nəcəf bəy Vəzirovun yaradıcılığı realist Azərbaycan dramaturgiyasının inkişafında əhəmiyyətli rol oynamışdır.
Bu kitabda maarifçi dramaturq, nasir və publisistin zəngin ədəbi fəaliy-yətini gözlər önündə canlandıran pyesləri, iqtibasları, hekayə və məqalələri toplanmışdır.