GERIYƏ

Seçilmiş əsərləri

Müəllif Nəbati Seyid Əbülqasim
Nəşr olunduğu il 2004
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Nəbati Seyid Əbülqasim. Seçilmiş əsərləri. Bakı , Şərq-Qərb, 2004.

XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Seyid Əbülqasim Nəbati zəngin ədəbi-bədii irs qoyub getmışdır. Əsərlərini həm klassik poeziya üslubunda, həm də aşıq şeri tərzində yazmış Nəbati milli ədəbiyyatımız tarixinə sufi-panteist fikirləri ictimai həyatla, maddi aləmlə əlaqələndirən, klassik üslubu şifahi xalq ədəbiyyatı ilə birləşdirən görkəmli sənətkar kimi daxil olmuşdur. Onun poetik irsi həm ideya məzmun, estetik mətləb, həm də forma-sənətkarlıq keyfiyyətləri baxımından seçilir. Şairin bu kitabı klassik və xalq şeri şəkillərində yaratdığı həmin gözəl nümunələrdən tərtib edilmişdir. Musiqililik, sadəlik, səmimi hisslər və dilin zənginliklərindən məharətlə istifadə bacarığı Nəbati şeirlərinin səciyyəvi xüsusiyyətidir.