GERIYƏ

Peyğəmbərlərin həyatının emosional aspektləri:psixoloji düşüncələr

Müəllif Malik Bədri
Nəşr olunduğu il 2023
Elm sahəsi Din
Nəşriyyat İdrak
Nəşr yeri Bakı

Malik Bədri. Peyğəmbərlərin həyatının emosional aspektləri:psixoloji düşüncələr. Bakı, İdrak, 2023.

İslam prizmasından psixologiya elminin əsasının qoyulması problemi ilə keçən əsrin altmışıncı illərindən maraqlanmağa başlamışdım. Bu mövzuda ilk mühazirəmi 1963-cü ildə – İordaniya universiteti Psixologiya şöbəsinin müdiri olarkən oxumuşdum. Mühazirə tələbələr, eləcə də psixologiya və sosial elmlərin mütəxəssisi olmayan dinləyicilər tərəfindən rəğbət və yüksək coşqunluqla qarşılanmışdı. Müəllim həmkarlarım isə məni tənqid atəşinə tutaraq bildirmişdilər ki, fizika və kimya kimi psixologiya da təcrübi elm olub, din və fəlsəfədən uzaqdır.