Uğurlara gedən yollar
Müəllif | Zakir Bayramlı |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Müəllim |
Nəşr yeri | Bakı |
Zakir Bayramlı. Uğurlara gedən yollar. Bakı, Müəllim, 2018.
Kitab Şabran (keçmiş Dəvəçi) şəhər Azərbaycanın Milli Qəhrəmanı R.Yusifov adına 2 №-li texniki fənlər təmayüllü məktəb-liseyin 45 illik tarixini əks etdirir. Rayonun şəhər məktəbləri içərisində ən gənc təhsil müəssisələrindən hesab olunan həmin məktəb üçün hər cür şəraiti olan binanın tikilməsi, təhsil ocağının fəaliyyət göstərdiyi 45 il ərzində pedaqoji kollektivin uğurlu nəticələr qazanması və məktəbin yarandığı bir neçə ildən sonra rayonun təhsilində həlledici yer tutmasından söhbət açılır. Kitabda həmçinin təhsil müəssisəsində işləyən əməksevər müəllimlərin pedaqoji əmək fəaliyyətindən, eləcə də məktəbin yetişdirdiyi məzunlardan bəhs olunur.