eBook Manager
Список книг
Добавить книгу
Редактирование книги
Название книги *
Автор *
Ссылка на PDF (Google Drive) *
Год издания
Область знаний
Краткое описание *
Tanınmış Azərbaycan yazıçısı, publisisti, ictimai xadimi Elmira Axundova Heydər Əliyevin ilk bioqraflarındandır. Onun dahi şəxsiyyətin siyasi bioqrafiyasının müxtəlif dövrlərini əks etdirən «Naşirin qətli» (2001). «Həqiqət anları» (2003), «Şüşə saray» (2007) kitabları ölkənin mədəni həyatında hadisəyə çevrilmişdir. Elmira Axundova «Heydər Əliyev. Şəxsiyyət və Zaman» adlı çoxcildlik roman-tədqiqatını ömrünün ən mühüm layihəsi sayır. On ilə yaxın gərgin zəhmət, kitab qəhrəmanının uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində iş ulu öndərimizin ən dolğun və obyektiv bioqrafiyasını yaratmaq cəhdi olan romanın unikal sənədli əsasını təşkil edir. Kitab dərin təhlil və müəllif şərhləri ilə müşayiət edilən xeyli sayda az məlum olan fakt, epizod, eksklüziv informasiya ilə zəngindir. Yazıçının Heydər Əliyevlə şəxsi tanışlığı və dostluğu romana xüsusi emosionallıq və səmimiyyət gətirir. Elmira Axundova Azərbaycanın Əməkdar Jurnalisti, Milli Məclisin deputatı, H.Zərdabi, R.Rza, N.Nəcəfov adına mükafatların laureatıdır, «Şöhrət ordeni və AR Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur.
Полное содержание
CBS
Обложка книги
Выберите новое изображение для замены обложки
Отмена
Обновить данные