Sədnik Paşa Pirsultanı Türk xalqları arasında təkcə alim və şair kimi deyil, həm də incə, müdrik yumor sahibi kimi tanınır. Məhz bu xüsusiyyətinə görə də onu tanıyanlar gülüş hədəfinə çevrilməmək üçün onunla mübahisə etməkdən çəkinirlər. Bu kitabda onun xalq arasında geniş yayılmış lətifələrinin cüzi bir hissəsi toplanmışdır. Yəqin ki, gələcəkdə onun yaddaşlarda yaşayan və yaranma prosesi davam edən lətifələri toplanıb yeni nəşrlərdə oxuculara təqdim olunacaq.
Lətifə yaradıcılarının hər birinə xüsusi yer ayrılmış, tərcümeyi-halları və lətifələri verilmişdir. Gələcəkdə Gəncəbasarda yaşayıb-yaratmış digər lətifə yaradıcıları da buraya daxil olacaq, onların haqqında məqalələr yazılacaq, dəyərli araşdırmalar aparılacaqdır.
Monoqrafiya kompüter dilçiliyi məsələlərinin həlli yollarına həsr olunmuşdur. Eyni zamanda, süni intellektin mühüm problemlərindən biri olan təbii dillərin kompüterdə tanınması, kompüter vasitəsi ilə dil-lərin öyrənilməsi məsələlərinə toxumılmış, verilmiş nümunələrdə onların proqramlaşdırılması yolları nümayiş etdirilmişdir. Monoqrafiya, tətbiqi dilçiliyin, süni intellektin aktual problemləri ilə maraqlananlar, evristik məsələlərin proqramlaşdırılması üsulları, saytların açılması metodları üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyada XX asr Azərbaycan ədəbiyyatının 70-ci illər ədəbi naslino mansub olan Mövlud Süleymanlının zəngin və çoxşaxəli yaradıcılığı tədqiq edilir. Yazıçının yarım əsrlik ədəbi-bədii yaradıcılığının bütün parametrlərinə diqqət yetirilir və Mövlud Süleymanlı ədəbiyyatımıza milli koloritli əsərlər bəxş edən istedadlı sənətkar kimi dəyərləndirilir. Yazıçının yaşayıb-yaratdığı dövrün ədəbi prosesində onun yaradıcılığının özünəməxsusluğu, bənzərsizliyi, zəngin folklor ənənələrinə və qeyri-adi dil-üslub xüsusiyyətlərinə malik olması xüsusi nəzərə çarpdırılır. Mövlud Süleymanlının hekaya, povest və romanlarının mövzu əlvanlığı, ideya zanginliyi, folklor motivlərindən sənətkarlıqla bəhrələnməsi diqqət mərkəzində saxlamlır.
Bu cilddə müəllifin böyüklər üçün yazdığı bədii əsərləri toplanmışdır. Şeirlərindən bəzilərinə bəstəkarlar tərəfindən musiqi yazılmışdır. Topludakı şeir və hekayələrdən sinifdənxaric oxu materialı kimi istifadə etmək olar.
Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri" kitabı Azarbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərləri haqqında söylədiyi fikirləri ehtiva edir. Kitab milli-mənəvi dəyərlər, dinlərarası münasibətlər, multikulturalizm, tolerantlıq və 44 günlük Vətən müharibəsi adlı yarımbaşlıqlardan ibarətdir. Kitabda Azarbaycan dili ilə yanaşı, nümunənin türk, rus, ingiliz, arab va fars dillərində tərcümələri də yer almışdır.