Список электронных книг

Добавить книгу
İnkişaf - məqsədimizdir: səksən üçüncü kitab: oktyabr 2017-noyabr 2017
İnkişaf - məqsədimizdir: səksən üçüncü kitab: oktyabr 2017-noyabr 2017
Əliyev İlham Heydər oğlu
Bakı г. Dövlətçilik, Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan «İnkişaf–məqsədimizdir» çoxcildliyinin bu cildində dövlət başçısının Rusiya Federasiyasına, Türkiyə və İran respublikalarına səfəri, həmçinin Bolqarıstan və Türkiyə prezidentlərinin Azərbaycana səfərləri zamanı bu ölkələrin rəhbərləri ilə görüş və danışıqları, enerji və qeyri-neft sektoruna aid bağlanan müqavilələr, təhsil, mədəniyyət sahəsində anlaşma və hərtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinə dair materiallar toplanmışdır.

İnkişaf - məqsədimizdir: səksən ikinci kitab: avqust 2017-oktyabr 2017
İnkişaf - məqsədimizdir: səksən ikinci kitab: avqust 2017-oktyabr 2017
Əliyev İlham Heydər oğlu
Bakı г. Dövlətçilik, Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan «İnkişaf–məqsədimizdir» çoxcildliyinin bu cildində dövlət başçısının BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində beynəlxalq sammitdə, yüksək səviyyəli görüş və tədbirlərdə çıxışları və digər materiallar torlanılmışdır.Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır ki, bu da, demək olar olar ki, hər bir cilddə öz əksini tapır.Oxucular bu cilddə, həmçinin dövlət başçısının Neftçala, Qobustan,Salyan, Şamaxı, Lənkəran və Cəlilabad rayonlarına səfərləri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü, Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində geniş nitqi və bu rayonlarda sosial infrastruktur layihələrinin və məişət obyektlərinin açılışı zamanı etdiyi çıxışları ilə də tanış ola bilərlər.

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin regional aspektləri
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin regional aspektləri
Məmmədzadə Vüqar, İskəndərov Xəyal
Bakı г. Hərbi iş

“Azərbaycan Respublikasının milli təhlükəsizliyinin regional aspektləri” dərs vəsaitində qloballaşan dünyada, xüsusilə də Azərbaycanın ictimai-siyasi həyatında olduqca aktual olan təhlükəsizlik problemləri və təhdidlər tədqiqatın predmetinin əsasını təşkil edir.Dərs vəsaiti Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyiciləri, bakalavr, magistr, adyunkt, zabit və pedaqoqları üçün nəzərdə tutulmuşdur.

Türkiyə 1918-1920-ci illərdə: məğlubiyyətdən qələbəyə doğru
Türkiyə 1918-1920-ci illərdə: məğlubiyyətdən qələbəyə doğru
Şirinoğlu Vaqif
Bakı г. Tarix

Oxuculara təqdim olunan kitabda Türkiyənin birinci dünya müharibəsindən sonrakı vəziyyətindən (birinci dünya müharibəsinin başa çatmasına az qalmış, yəni 1918-ci ilin sentyabrından 1920-ci il aprel ayının 28-dək olan dövr) bəhs olunur. Kitabda müəllif tərəfindən, əsasən “Azərbaycan” qəzetinin səhifələrində çap olunmuş materiallardan və problemlə əlaqədar çap olunmuş elmi-tədqiqat əsərlərin bir qismindən istifadə etməklə Türkiyənin daxili və xarici vəziyyəti təhlil olunur.

İctimai-siyasi təhlükəsizlik
İctimai-siyasi təhlükəsizlik
Şıxıyeva Könül Mədət qızı
Bakı г. Hərbi iş

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əlieyev adına Akademiyasında kursant, zabit heyəti üçün nəzərdə tutulmuş əməliyyat-ali kurslar və hərbi qulluqçular üçün təkmilləşmə kurslarında hərbi qulluqçuların Azərbaycanda və dünyada gedən siyasi proseslər haqqında dünyagörüşün artırılması və biliklərin təkmilləşdirilməsi məqsədi ilə milli təhlükəsizlik və onun tərkib hissəsi olan ictimai-siyasi təhlükəsizliklə bağlı bir sıra spesifık fənlər tədris olunur.

Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi
Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi
Hüseynzadə Fuad Abı oğlu
Bakı г. Dövlətçilik, Siyasət

Kitabda dünya azərbaycanlılarının xalqımızın milli inkişaf yolunun formalaşmasında mühüm rolu olan azərbaycançılıq ideyalarının təbliği ilə bağlı fikir və təklifləri yer alıb. Beş qitədəki aktiv soydaşlarımızdan alınan müsahibə və açıqlamalar 2020-ci ilin iyul-oktyabr aylarında yerli mediada dərc olunub.