Lüğətdə Azərbaycan dilində işlənən fəlsəfi termin və termin-söz birləşmələrinin geniş şəkildə izahı verilmişdir. Lüğət tələbələrin, müəllimlərin, tədqiqatçıların tərcüməçilərin və fəlsəfə ilə maraqlanan oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyada Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilmişdir. Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarınınm tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilmişdir. Bununla yanaşı Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapmışdır. Kitab Turan/Türk tarixi, Turan/Türk fəlsəfəsi ilə maraqlanalar, eləcə də Azərbaycan türklərinin ümumi Türk tarixi və fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulmuşdur. ISBN
Monoqrafiyada eramızdan əvvəl ki, dövrdən XXI əsrə qədər olan bir zaman müddətində fəaliyyət göstərmiş Azərbaycan alimlərinin əsərləri tədqiqata cəlb olunur. Bu əsərlərdə ki, tibbi, tarixi və fəlsəfi baxışlar araşdırılır və qarşılıqlı əlaqədə təhlil olunur.
Vətəndaş cəmiyyətivə hüquqi dövlətin yaradılması prosesində şəxsiyyətin siyasi, iqtisadi və mənəvi fəallığının artdığı, onun azadlıq və məsuliyyətinin yeni səviyyəyə yüksəldilməsi fikri əsaslandırılır.
Folklor xalqımızın tükənməz mənəvi sərvətidir. Maksim Qorki xalq yaradıcılığının xüsusiyyətlərindən bəhs edərək deyirdi: “Şifahi xalq yaradıcılığını öyrənmədən əməkçi xalqın əsl tarixini öyrənmək olmaz. Təkrar edirəm, söz sənətinin ibtidası xalq ədəbiyyatındadır. Folklorumuzu toplayın, ondan öyrənin, üzərində işləyin; o sizə də, bizə də, ittifaqın şair və nasirlərinə də olduqca çox material verir”.
Dərs vəsaiti bütünlükdə sosiologiya və siyasətlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Burada əsas diqqət müasir siyasi sosiologiya elminin aktual problemlərinə verilir.