Список электронных книг

Добавить книгу
Həyat sosiologiyası: sosioloji və sosial-psixoloji problemlər
Həyat sosiologiyası: sosioloji və sosial-psixoloji problemlər
Bakı г. Sosial elmlər

Bu topluda dayanıqlı inkişaf mərhələsi yolunda olan müasir Azərbaycanın bəzi sosial və sosial-psixoloji məsələləri araşdırılır. Müasir sosiologiya və sosial psixologiya elmlərində metodoloji prinsiplərin yenidəndərki məsələlərinə geniş yer ayrılır. Real həyatın (sosial institutların, qrupların və şəxsiyyətin) “nəbzini tutmağa" cəhd göstərilir. Eyni zamanda fərdi dərketmənin keyfiyyət səviyyələrinin formalaşması problemləri tədqiqatçıların diqqət mərkəzindədir.

Heydər Əliyev və Çin
Heydər Əliyev və Çin
Bakı г. Dövlətçilik, Siyasət

Kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin1993-2003-cu illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı sahəsində çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər əks olunmuşdur

Azərbaycanda humanizm meyillərinin yaranması və inkişafı
Azərbaycanda humanizm meyillərinin yaranması və inkişafı
Əhmədzadə Abdulhəlim
Bakı г. Tarix

Bu əsər müasir Azərbaycan ictimai fikrin tarixində təqdim olunan mövzu üzrə ilk kitabdır. Dörd fəsildən ibarət, monoqrafiya üslubunda yazılmış bu əsərdə,inzibati vahid kimi Həmədandan Dərbəndə kimi mövcud olmuş Azərbaycanda ta qədim zamanlardan humanizm meyllərinin yaranmasına təkan vermiş şəfqət, mədəniyyət və elmin inkişafının təsviri ilə bərabər, XX əsrdə Qafqaz Azərbaycanında xalqımızın təşəkkül tarixində mühüm rol oynamış müasir sosial-siyasi, milli-mədəniyyət və iqtisadi-təsərrüfat strukturlarının intensiv fəaliyyəti dövrlərində də mötədil ictimai fikrin,ümumbəşəri həmrəylik və ictimai-humanitar təşkilatların yaranması və fəaliyyəti şərh olunur, bunların əsasında xeyirxahlıq, qayğıkeşlik,qonaqpərvəplik, yardımçılıq və sairə humanist xüsusiyyətlərin daha da artıb inkişaf etməsi təsvir olunmuşdur.

Qısa ömrün böyük fəaliyyəti
Qısa ömrün böyük fəaliyyəti
Zeynalov Əsgər Məmməd oğlu
Bakı г. Ədəbiyyat və dilçilik

Kitabda görkəmli ictimai xadim, əməkdar jurnalist,tədqiqatçı alim, Qərbi Azərbaycanda Vedi rayon PKnın katibi, Amasiya rayon PK-nın birinci katibi, “Sovet Ermənistanı” qəzetinin baş redaktoru, uzun illər Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini,Ermənistan SSR KP MK-nın üzvü, Ermənistan SSR Ali Sovetinin deputatı vəzifələrində çalışmış Məhərrəm Bayramovun həyat və fəaliyyətindən bəhs olunur.

Keçid dövrü cəmiyyətinin sosial stratifikasiyasında orta sinif
Keçid dövrü cəmiyyətinin sosial stratifikasiyasında orta sinif
Əzimova Rəfiqə
Bakı г. Sosial elmlər

Yeni siyasi-iqtisadi sistemə keçid cəmiyyətin sosial strukturunu köklü surətdə dəyişdirmiş, bununla da onun sinfi və sosial strukturuna təsir göstərmişdir. Ənənəvi olaraq sovet cəmiyyətindəki sabit, qarşılıqlı sinfi münasibətlər keçid dövrü şəraitində yeni keyfiyyət xarakteristikaları kəsb edir. Qarşılıqlı makrosinfi münasibətlər mikrostratifikasiyalı əlaqələr səviyyəsi ilə yerini dəyişir. Yeni stratifikasiyalı struktur çərçivəsində orta sinif tədricən, lakin ardıcıl şəkildə “vətəndaşlıq"qazanır. Orla sinifAzərbaycan şəraitində nəzəri səviyyədə bir anlayış və reallıq kimi nə ifadə edir? İslahat prosesləri gedişində orta sinfin təşəkkülü və qərarlaşması yollarında hansı problemlər meydana gəlir? Cəmiyyətin sosial stralifikasiyasında orta sinfin rolu və tutduğu yer nədən ibarətdir? Orta sinfin təşəkkülü problemləri ilə bağlı bu və bir sıra digər məsələlər bu monoqrafiyada nəzərdən keçirilir

İnkişaf - məqsədimizdir: yüz iyirmi beşinci kitab: yanvar 2023-fevral
İnkişaf - məqsədimizdir: yüz iyirmi beşinci kitab: yanvar 2023-fevral
Əliyev İlham Heydər oğlu
Bakı г. Dövlətçilik, Siyasət

Kitabda dövlət başçısının yerli televizya kanallarına ,həmçinin Çinin CGTN televiziya kanalına müsahibələri, «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və «Yaşıl enerji» Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı mərasimində iştirakına aid materiallar da yer almışdı .