Список электронных книг

Добавить книгу
 Kainat və onun inkişaf mərhələləri
Kainat və onun inkişaf mərhələləri
Əsədov Adil
Bakı г. Təbiət elmləri

Əsərdə Kainatın inkişafının özünəməxsus fəlsəfi təqdimatını verir. Həmin təqdimatda Kainatın təkamülü mahiyyətin bu və ya digər dərəcədə adekvat ifadələrinin bir‐birini əvəzləmə tarixi kimi verilir və bu təbiət tarixinin inkişaf xüsusiyyətləri diqqət mərkəzinə gətirilir. Kitab fəlsəfi və təbiət elmləri üzrə mütəxəssislər, ali məktəb tələbələri, həmçinin fəlsəfi və təbii‐elmi mövzularla maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.

Heydər Əliyev - Ali Sovetin sədri: II cild: Parlament iclaslarının stenoqramları: 27 iyul - 17 avqust 1993-cü il
Heydər Əliyev - Ali Sovetin sədri: II cild: Parlament iclaslarının stenoqramları: 27 iyul - 17 avqust 1993-cü il
Bakı г. Dövlətçilik, Siyasət

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, sağlığında canlı əfsanəyə çevrilmiş görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr olunan bu kitabın II cildində Azərbaycan Respublikası Milli Məclisinin 27 iyul – 17 avqust 1993-cü il tarixli iclaslarının stenoqramları dərc olunub. Kitab siyasətçilər, tədqiqatçılar, Azərbaycan parlamentarizm tarixi ilə maraqlanan şəxslər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Aşıq Ələsgər yaradıcılığında sufizm
Aşıq Ələsgər yaradıcılığında sufizm
Nəzərova Adilə Həsən qızı
Bakı г. Ədəbiyyat və dilçilik

Kitabda Azərbaycan aşıq ədəbiyyatına ucalıq gətirmiş Aşıq Ələsgərin yaradıcılığında sufizim mövzusu tədqiq olunmuşdur. Kitab Aşıq Ələsgərin yaradıcılığının tədqiqində yeni mərhələdir.Tədqiqatın predmeti olan anlayışlar - sufizim dörd mərhələsi - şəriət, təriiqət, mərifət, həqiqət, irfan məqamları, "vəhdəti-vücud" anlayışı, kamiil insan düşüncəsi; simvollar, işarələr,eyhamlar, Hz. Əli aşiqliyi və onun ilahiləşdirilmiş obrazı, folklor, din və mifologiya kimi əsas fəsillər və paraqraflar altənda bəhs edilən məcazi ifadələr izah edilmişdir.

Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri
Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri
Məmmədova Səadət Davud qızı
Bakı г. Sosial elmlər

Monoqrafiya dünyada və Azərbaycanda sosial dövlətin inkişaf istiqamətlərinin araşdırılması ilə bağlıdır. Burada sosioloji fikirtarixində sosial dövlət haqqında ideyaların təkamülü, “sosial dövlət”anlayışının təhlili, sosial dövlət konsepsiyasının inkişaf istiqamətləri,müasir sosial dövlətin metodoloji əsasları ilə bağlı tədqiqat təqdim edilir. Kitab Azərbaycanda sosial dövlətin inkişafının nəzəri-ideoloji və konstitusion əsaslarının, o cümlədən ayrı-ayrı sosial institutların müasir inkişaf səviyyəsinin öyrənilməsinə həsr edilmişdir.Monoqrafiya sosial dövlət və Azərbaycanda sosial dövlətin inkişafının əsasları ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.Əsərdən sosial dövlətin araşdırılması ilə bağlı elmi-tədqiqat işlərində, xüsusi kursların hazırlanmasında, ali məktəblərdə müvafiq fənlərin tədrisi zamanı istifadə edilə bilər.

Cəmaləddin Əfqaninin sosial-siyasi fəlsəfəsi. Ali məktəblər üçün dərs vəsaiti
Cəmaləddin Əfqaninin sosial-siyasi fəlsəfəsi. Ali məktəblər üçün dərs vəsaiti
Mürşüdlü Qəmər
Bakı г. Fəlsəfə

Kitabda C.Əfqaninin həyat və fəaliyyəti ətraflı işıqlandırılır, onun Azərbaycan mütəfəkkiri olması fikri tarixi faktlarla əsaslandırılır, siyasi-fəlsəfi irsi geniş təhlil edilir. Müəllif Əfqaninin sosial-siyasi təliminin əsas müddəalarını ilk mənbələr əsasında araşdırır və mütəfəkkirin ideyalarını faktlara dayanaraq obyektiv işıqlandırmağa səy göstərir. Kitabda müəllifin tərcüməsi ilə C.Əfqaninin üç məqaləsi və geniş ədəbiyyat siyahısı da təqdim olunur. Kitab müəllimlərin, doktorant və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Мусаев Методика преподавания истории Даянат
Мусаев Методика преподавания истории Даянат
Мусаев Даянат
Баку г. Pedaqogika

В учебном пособии представлен отечественный и зарубежный опыт преподавания истории в школе. Особое внимание обращено на актуальные проблемы современной методики преподавания истории в Азербайджане, его цели, структуру и содержание. Пособие содержит материал как теоретического, так и практического характера. Учтены достижения психолого-педагогических наук, раскрываются предмет современной методики преподавания истории, в соответствии с требованиями новой учебной программы - курикулума. В пособии даются необходимые темы для изучения предмета, и в конце каждого параграфа соответствующая литература по теме, а также календарно-тематические планы по предмету. Учебное пособие предназначено для студентов, магистров, докторантов, научных работников, а также для учителей истории.