Dərslikdə fəlsəfi biliklərin təşəkkülü və inkişaf prosesi, bu elmin ən köklü problemləri olan spesifik məsələlər – şüur, materiya, insan, təbiət, cəmiyyət, varlıq, əxlaq, din, idrak, təfəkkür, elm, mədəniyyət və s. kimi anlayışların səciyyəvi cəhətləri təhlil olunur. Bu anlayışların mahiyyəti fəlsəfi aspektdən araşdırılır, bir çox tədqiqatçıların çoxsaylı elmi mövqeləri müqayisəli təhlil olunur, elmi-əməli əhəmiyyət daşıyan tövsiyə xarakterli mülahizə və mühakimələr yürüdülür. Dərslikdə yeni bölmələr öz əksini tapmış, həm ölkəmizdə, həm də xaricdə çap olunmuş materiallardan istifadə edilmişdir. Kitab tələbələr, magistrlər, müəllimlər, filosoflar, sosioloqlar, politoloqlar, ümumiyyətlə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
AMEA Naxçıvan Bölməsi əməkdaşlarının və müxtəlif müəlliflərin Naxçıvan Muxtar Respublikasının yaradılması, keçdiyi tarixi yol, iqtisadi-siyasi həyatı, ədəbi mühiti, flora və fauna sistemi ilə bağlı dərc olunmuş kitab və məqalələri araşdırılmış qısa məzmunları verilmişdir.
"Cəmiyyət və sosio-hüquqi problemlər" kitabı üç fəsildən ibarət olub, müəllifin son illərdə yazıb çap etdirdiyi elmi məqalələr əsasında tərtib olunmuş bir topludur. Kitabda müasir Azərbaycan Respublikasında cəmiyyətdə baş verən inkişaf dinamikası və bu aspektdə sosial problemlər, hüquqi baxış fəlsəfəsindən bəhs edən müxtəlif mövzular geniş yer almışdır.Bu toplum bakalavr və magistr sistemi üzrə təhsil alan tələbələr, doktorantlar, müəllimlər, qanunyaradıcılıq və qanun tətbiqedicilik sahəsində çalışan əməkdaşlar, vətəndaşlar və bütövlükdə respublikanın ictimai, siyasi və hüquq nümayəndələri üçün nəzərdə tutulmuşdur.
Daycestdə Naxçıvanın tarixi, arxeologiya və etnoqrafiyası ilə bağlı müxtəlif dövri nəşrlərdə dərc edilmiş məqalələr araşdırılmış, təhlil edilmiş və seçmə yolu ilə diqqətə çatdırılmışdır.
Monoqrafiyada sosial dövlət dövlət idarəçiliyində yeni mərhələ kimi əsaslandırılır. Kitabda sosial dövlətin idarəetmə prinsipləri, funksiyaları və mexanizmləri haqqında məlumat verilir, sosial dövlət subyektləri arasındakı münasibətlərin təməl əsası kimi sosial məsuliyyət və sosial əməkdaşlıq məsələləri, sosial yönümlü bazar iqtisadiyyatının inkişaf istiqamətləri araşdırılır.Burada dünya sisteminin böhranı ilə əlaqədar sosial dövlətin təkamül prosesi analiz edilir. Monoqrafiyada sosial dövlətin liberal modeli, kooperativ-konservativ sosial dövlət modeli, sosial dövlətin sosial demokratik modeli və bu modellərə uyğun olaraq,ABŞ, BB, Yaponiya, Almaniya, İsveç dövlətlərinin inkişaf istiqamətləri təqdim edilir. Kitabda sosial dövlətin Azərbaycan modelinin əsaslarıaraşdırılır.
Kitabda sirli-sehrli tәbiәtin ibtidai düşüncәdәn günümüzә qәdәrki mәnzәrәsi xalq tәsәvvüründә, şifahi vә yazılı әdәbiyyatında olanlar baxımından konkret faktlarla açılmaq mәqsәdi daşıyır. Mif, әfsanә, nağıl, epos, dastan, rәvayәt, şәrqi, bayatı, atalar sözü, mәsәl vә s. kontekstindә deyilәnlәr ekohәyat, ekotәbiәt sәviyyәsindә gәlinәn yolun mahiyyәtini bir missiya olaraq geniş oxucu kütlәsinә çardırmağa köklәnir.